Azərbaycan Niderlanda ilk oyunda 5 qolla qalib gəldi
Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçiriləcək DÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün bu gün ilk pley-off matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz mundiala vəsiqə qazanmaq üçün Niderland yığmasını yolundan kənarlaşdırmalıdır.
Tino Peresin çalışdırdığı komandamız bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib. Amma buna baxmayaraq, futzalçılarımız səfər matçında inamlı qələbə qazanmaqla, dünya çempionatına vəsiqənin taleyinə demək olar ki, aydınlıq gətiriblər.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 12-də Bakıda baş tutacaq.
DÇ-2016-nın seçmə mərhələsi
Pley-off (ilk oyun)
22 mart
Niderland - Azərbaycan - 1:5 (1:2)
Qollar: Amadeu, 5 (0:1). El-Qannuti, 10 (1:1). Fineo, 13 (1:2). Auqusto, 28 (1:3). Amadeu, 29 (1:4). V.Borisov, 31 (1:5).
Almere. "Topsporsentrum" arenası.
Hakimlər: Andrey Çernı (Çex Respublikası), Sedrik Pelissye (Fransa).
Niderland: 1. Van Maasbommel, 3. El Qannuti, 4. Ceyar, 8. El Morabiti, 10. Attaibi.
Ehtiyat oyunçular: 12. Keyk, 2. Yuste (k), 5. Buzambu, 6. Mossaui, 7. Amrani, 9. Velseber, 11. Molkaray, 13. Besliya, 14. Darri.
Baş məşqçi: Marsel Lusveld.
Azərbaycan: 12. Rövşən Hüseynli, 5. Fineo, 6. Eduardo, 9. Auqusto, 15. Rafael.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 4. Ramiz Çovdarov, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev (k), 10. Amadeu, 11. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 17. İsa Atayev.
Baş məşqçi: Tino Peres.
