22 mart 2016 11:30
Qazaxıstan yığması millimizlə oyun üçün Antalyaya yollandı
Futbol üzrə Qazaxıstan yığması təlim-məşq toplanışı keçirmək məqsədi ilə Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, qazaxlar baş məşqçi əvəzi Talqat Baysufinovun rəhbərliyi altında 23 futbolçu ilə Antalyaya gediblər.
Qeyd edək ki, bu gündən məşqlərə başlayacaq Qazaxıstan yığması martın 26-da Antalyada Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək.
