22 mart 2016 11:00
Serb mütəxəssis Azərbaycan klubuna əvəz tapdı
Azərbaycanın "Ekol" futzal klubunun baş məşqçisi Predraq Rayiç bu komanda ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis artıq özünə yeni klub da tapıb.
Belə ki, o, ölkəsinin "Ekonomats" komandasına baş məşqçi təyin olunub. Rayiç artıq yeni klubu ilə Serbiya Premyer Liqasında debüt matçına da çıxıb.
