22 mart 2016 01:20

Milli üzvləri Qazaxıstan sınağı öncəsi

Ötən gün Türkiyədə təlim-məşq toplanışına start verən futbol üzrə Azərbaycan yığması martın 26-da Antalyada Qazaxıstanla yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az millimizə dəvət olunan 24 futbolçunun klublarının heyətindəki son göstəriciləri ilə tanış edir.

Qapıçılar
Kamran Ağayev ("İnter"). "Xəzər Lənkəran"la oyunda 90 dəqiqə meydanda olub və qol buraxmayıb - 1:0.
Aqil Məmmədov ("Neftçi"). "Kəpəz"lə oyunda 90 dəqiqə oynayıb və komandasının 2:3 hesablı məğlubiyyətdən xilas olmasına kömək edə bilməyib.
Səlahət Ağayev ("Sumqayıt"). 90 dəqiqə oynadığı "Rəvan"la səfər matçında qol buraxsa da, komandası qalib gəlib - 2:2.

Müdafiəçilər
Tərlan Quliyev ("Kəpəz"). "Neftçi" üzərində qələbədə 90 dəqiqə meydanda olmaqla pay sahibi olub.
Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov ("Qarabağ"). Kiçik zədəsi olan Rəşad "Qəbələ" ilə səfər matçını buraxmalı olsa da, Maksimlə Bədavi 90 dəqiqə meydanda oldu və 2:1 hesablı qələbəyə sevindilər.
Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışıv ("Qəbələ"). Pavel "Qarabağ"la oyunu kənardan izlədisə, digər üç müdafiəçi 90 dəqiqə meydanda oldu. Abışov bu görüşdə qol ötürməsi ilə diqqət mərkəzinə düşdü.

Yarımmüdafiəçilər
Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov ("Qarabağ"). Tağıyevin kənardan izlədiyi "Qəbələ" ilə oyunda İsmayılov 12, Qarayev isə 90 dəqiqə mübarizə apardı.
Rəşad Eyyubov ("Qəbələ"). Ağdam klubu ilə matçın 77-ci dəqiqəsində meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilmədi.
Elvin Məmmədov ("Zirə"). Hazırda millinin heyətində ən məhsuldar futbolçu sayıla bilər. Çünki o, AZAL-la oyunda (4:2) bir qol vurub, iki məhsuldar ötürmə verib.
Dmitri Nazarov ("Karlsrue", Almaniya). İkinci Bundesliqanın son turunda komandasının "Frayburq"la səfər matçını (0:1) sonadək kənardan izləyib.
Rəhman Hacıyev, Araz Abdullayev ("Neftçi"). Hacıyev "Kəpəz"lə matçda ehtiyatda qalıbsa, Araz 90 dəqiqə oynayıb, bir qol vurub.
Murad Səttarlı (AZAL). "Zirə" ilə oyunda 90 dəqiqə oynayıb, qol ötürməsi verib.
Ağabala Ramazanov ("Sumqayıt"). Komandasının "Rəvan" üzərində 2:1 hesablı qələbə qazandığı oyunda ilk qol zamanı rəqib futbolçunun topu öz qapısına göndərməyə məcbur edib, ikincidə isə məhsuldar ötürmə verib.
Toğrul Erat ("Fortuna", Düsseldorf, Almaniya). Millimizin üzvü komandasının son oyununda 90 dəqiqə meydanda olub və 1:0 hesablı qələbəyə sevinib.

Hücumçular
Ruslan Qurbanov ("Neftçi"). Araz Abdullayev kimi, o da qol vurub, amma bu, "Kəpəz"ə məğlubiyyətdən xilas olmaq üçün yetərli olmayıb.
Namiq Ələsgərov ("Kəpəz"). 90 dəqiqə ərzində "Neftçi"yə qol vurmasa da, komandasının qələbəsində əsas pay sahibi olan futbolçulardan biri oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.