22 mart 2016 01:00
Nazarov oynamadı, Karlsrue məğlub oldu
Almaniya ikinci Bundesliqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Fraburq" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:1. Nazarov bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Karlsrue" hazırda 35 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
