22 mart 2016 00:10
Qarabağın oyunçusu Avstriya və Lüksemburqla matça çağırıldı
Albaniya yığmasının qarşıdakı Avstriya və Lüksemburqla yoxlama oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, heyətdə "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də adı var.
Qeyd edək ki, albanların Avstriya ilə görüşü martın 26-da, Lüksemburqla qarşılaşması isə ayın 29-da baş tutacaq.
