21 mart 2016 15:00
"Azərbaycan ilə oyun bizim mütəxəssislər üçün bir şansdır"
Qazaxıstan Futbol Federasiyasının prezidenti Erlan Kojaqapanov Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi komandadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən komandaya yeni baş məşqçi tapmaq yolunda pulla bağlı problem olacağını söyləyəndə, zarafat etməmişdim. Artıq ağırdır. Seçmə mərhələ oyunları payızda start götürəcək. İndidən əcnəbi mütəxəssis gətirib, ona böyük pullar ödəməyin düzgün olmadığını düşündük. Azərbaycan və Gürcüstanla yoxlama oyunlarımız isə qazaxıstanlı mütəxəssislər üçün bir şansdır. Əminəm ki, Talqat Maruanoviç və onun məşqçi korpusu əlindən gələni edəcək". (ProsportKz).
