21 mart 2016 14:00
Benfikanın müdafiəçisi millimizlə oyunda Rusiyaya kömək edə bilməyəcək
Rusiyanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyun üçün açıqlanmış heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Portuqaliyanın "Benfika" klubunun müdafiəçisi Vitali Lısçovun adı heyətdən çıxarılıb.
Buna səbəb onun zədəsinin olmasıdır. Lısçovun əvəzində yığmaya Moskva "Spartak"ının üzvü Aleksendr Zuyev dəvət olunub.
Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu martın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
