21 mart 2016 13:00
Niderland - Azərbaycan matçı çex və fransıza tapşırıldı
Futzal üzrə dünya çempionatına vəsiqə uğrunda Niderland və Azərbaycan yığmaları arasında keçiriləcək ilk pley-off matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanın çex və fransız hakimlərə tapşırıb.
Belə ki, qarşılaşmanı Andrey Çernı (Çex Respublikası) və Sedrik Pelissye (Fransa) idarə edəcək.
Qeyd edək ki, millimizin hollandlarla ilk dueli martın 22-də Almere şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
