21 mart 2016 12:30

Nikolay Adam: Azərbaycan millisindən təklif gələndə dərhal razılaşdım

Azərbaycanın U-15, U-16 və U-19 yığmalarının sabiq baş məşqçisi, hazırda Hindistanın U-17 yığmasını çalışdıran almaniyalı mütəxəssis Nikolay Adam ölkəmizdəki fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə Azərbaycana gəlişindən söz açıb:

"Mən vaxtilə məşqçi kurslarında çalışırdım və əsasən Afrika ölkələrinə yollanırdım. Bir dəfə Cənubi Afrika Respublikasından təklif gəldi, qəbul etdim. Amma cəmi iki gün sonra məni Azərbaycana göndərməyə qərar verdilər. Etiraf edim ki, heç Azərbaycanın harada, necə ölkə olduğunu bilmirdim. Bu, mənim üçün yeni bir şey idi. Almaniya Futbol Federasiyası ilə əlaqə saxlayıb, nə etməli olduğumu soruşdum. Onlar isə harada seminar keçmək istəyirsənsə, buna özün qərar verməlisən. Belə olan halda mən də Azərbaycanı seçdim".

Adam Azərbaycan futbolunda necə peyda olmasını da açıqlayıb: "Azərbaycanda hər şey yaxşı idi. 2010-cu ildə A kateqoriyalı məşqçi kursları keçirdik. Oktyabr ayında evə qayıtdım. Həmin vaxt AFFA-nın baş katibindən mənə zəng gəldi. O, mənə U-15 və U-16 yığmalarını çalışdırmağı təklif etdi. Dərhal razılıq verdim".

"Azərbaycan xalqı çox səmimi və qonaqpərvərdir. Fikrimcə, mən də orada öz izimi, irsimi qoya bilmişəm. İndi onların yüksək məşqçilik kateqoriyalarına malik mütəxəssisləri var. İndi həmin məşqçilik kurslarını elə yerli mütəxəssislər təşkil edirlər. Halbuki, həmin dövrə qədər orada heç bir məşqçilik təhsili yox idi".

Adam aşağı yaş qrupu üzrə yığmalarımızdakı fəaliyyətindən də danışıb: "Biz 12-18 yaş aralığında istedadlı futbolçular axtarırdıq. Ən böyük uğurumuz U-19 komandası ilə AÇ-nin elit mərhələsinə vəsiqə qazanmaq oldu. Həmin heyətdə yer alan futbolçulardan biri - Elnur Cəfərov artıq Azərbaycanın əsas millisində də debüt edib. Ötən ilin oktyabr ayında baş məşqçi Robert Prosineçki onu yığmanın düşərgəsinə dəvət etdi. Mən orada keçirdiyim vaxta görə çox fəxr edirəm". (Goal.com)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.