21 mart 2016 12:00

Səmədov atasının arzusunu həyata keçirdi

Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Xəzər Lənkəran” oyununda (2:0) Əli Səmədov Gəncə klubunun heyətində debüt etdi. Azerisport.az xəbər verir ki, görüşün sonuna artırılan vaxtda meydana daxil olan 19 yaşlı yarımmüdafiəçi doğma şəhərinin klubunda ilk oyununa çıxıb:

“Oynamağım mənim üçün sevindirici oldu. Bir müddət idi ki, baş məşqçimizdən şans gözləyirdim. Şahin Diniyevə də təşəkkür edirəm ki, az da olsa, bu imkanı mənə yaratdı. Meydana çıxmağım əlavə stimul verdi. Oynamaq üçün əziyyət çəkmək, məşqlərdə yorulmadan işləmək lazımdır. Hələ heç nə etməmişəm, irəli getmək üçün səylə çalışmalıyam”.
 
İlk vaxtlar əvəzedici heyətdə məşq edən futbolçu qış fasiləsindən sonra əsas komandaya götürülüb. Bununla belə, Səmədov oyun təcrübəsi qazanmaq üçün “dubl”a da kömək edir: “Premyer Liqa oyunları tamam fərqlidir, amma sizə bildirim ki, oyuna çıxarkən həyacanlı deyildim. Çünki həm görüşün sonları idi, həm də matçın nəticəsi artıq həll olunmuşdu, üzərimdə yük yox idi. Əsas heyətdə oynasaydım, 100 faiz həyacan olacaqdı. Çoxlu sayda tamaşaçının önündə ilk dəfədir ki, çıxış edirdim, azarkeşlərin adımı çəkməsi və alqışlaması gözəl hisslər yaşatdı”.

Gənc yarımmüdafiəçi futbolçu ailəsində anadan olub. Onun atası İlham Səmədov vaxtilə peşəkar səviyyədə futbolla məşğul olub, ölkəmizin bir sıra klublarında, o cümlədən “Turan”, “Kür” (Samux), “Ağrıdağ” (Gəncə), “Şəmkir” və s. komandalarda çıxış edib. Amma “Kəpəz”də oynamaq imkanı əldə etməyib: “Müəyyən səbəblərə görə atam istəyi olsa belə, “Kəpəz”in formasını geyinə bilməyib. Yəqin ki, qismətdəndir. Mən bu klubda oynamaqla həm də onun arzusunu həyata keçirmiş oldum (gülür). Stadiondan oyuna baxırdı, matçdan sonra məni təbrik edib, xoş sözlər söylədi”.

Əli Səmədov “Kəpəz”də icarə əsasında çıxış edir. Gəncəli futbolçu “Qəbələ”nin futbol akademiyasının yetirməsidir və bu klubdan mövsümün sonuna kimi icarəyə götürülüb: “Müqavilə ilə “Qəbələ”yə məxsusam. Geri çağırsalar, dönməliyəm. Amma hələ ki, “Kəpəz”in heyətindəyəm və burada rahatam. Onu da deyim ki, “Qəbələ” də mənim üçün doğmadır. Mövsümün sonunda taleyimə aydınlıq gələcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.