21 mart 2016 11:00
Yığmamız Antalyaya yola düşdü
Futbol üzrə Azərbaycan yığması bu gün Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, millimiz Antalyada təlim-məşq toplanışında olacaq.
Robert Prosineçkinin rəhbərliyi altında komandamız martın 29-na qədər qardaş ölkədə hazırlıq keçəcək. Hazırlıq prosesi çərçivəsində millimiz martın 26-da Qazaxıstanla yoxlama oyunu keçirəcək.
