21 mart 2016 00:35
İsrafilov 83 dəqiqə oynadı, komandası xal itirdi
Futbol üzrə İspaniyanın ikinci liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə "Numansiya" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 47 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.
