21 mart 2016 00:15
Zaur Svanadze: Vacib üç xal qazandıq
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Lənkəranda oynamaq həmişə çətin olub. Bu dəfə də belə olacağını bilirdik. Rəqibin heyətində çoxlu gənc futbolçu varki, onlar hər oyunda meydanda 100 faiz güclərini sərf edirlər. Amma biz bu gün vacib 3 xal qazanmağı və üçüncü pilləyə qalxmağı bacardıq. Komandaya üç günlük istirahət verəcəyik. Ondan sonra isə növbəti turun hazırlığına başlayacağıq".
