20 mart 2016 19:00
Adil Şükürov: Onlar istənilən rəqibə qalib gələ bilərlər
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"AZAL bizim üçün çətin rəqibdir. Onlar istənilən rəqibə qalib gələ bilərlər. Amma biz də oyundan-oyuna artırırıq. Azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi hər oyunda dəstəkləyirlər".
