20 mart 2016 18:40
Tərlan Əhmədov: Məğlub olsaq da, komandamdan razı qaldım
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu komandaya öz meydanımızda qalib glə bilmişdik. Bu oyunda da qələbə qazana bilərdik. Amma rəqibin əks-hücumları bu gün çox effektli alındı. Məğlub olsaq da, komandamdan razıyam. Səhvlər hamıda olur. Qarşıda "Qəbələ" ilə oyun var. Həmin oyuna hazırlaşacağıq". (CBC)
