20 mart 2016 18:00
Emin Nurili Kalmarı İsveç kubokunun finalına buraxmadılar
İsveç kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub bir oyundan ibarət olan bu mərhələdə "Malmö" ilə qarşılaşıb. Matçda hesabı 11-ci dəqiqədə Eminin komandası açıb. Amma "Kalmar" qısa vaxt ərzində (57, 60 və 63-cü dəqiqələrdə) ardıcıl üç qol buraxaraq, çətin vəziyyətə düşüb. 55-ci dəqiqədə sarı vərəqə alan Emin 70-ci dəqiqədə əvəzlənib. Komandası isə sadəcə, 90-cı dəqiqədə hesab arasındakı fərqi azaltmaqla kifayətlənib. Nəticədə, 2:3 hesabıyla uduzan "Kalmar" kubokdakı mübarizəni dayandırmalı olub.
