20 mart 2016 16:00
Eratsız Fortunadan çətin qələbə
Almaniya Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 4:3. Erat bu matçın iştirakçıları sırasında yer almayıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 42 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
