20 mart 2016 15:00
Azərbaycanlı futbolçuların klubu darmadağınla üzləşdi
Latviya çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Yurmala "Spartak"ı ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3. Mirabdulla bu görüşün 60-cı, Orxan isə 64-cü dəqiqəsindən etibarən meydana çıxıb.
Qeyd edək ki, iki turdan sonra xalsız olan "Dauqava" 8 klub arasında sonuncu pillədə qərarlaşıb.
