20 mart 2016 14:00
Samir Məsimov Domjalenin qələbəsini kənardan izlədi
Sloveniya çempionatında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Çelye" ilə qarşılaşıb. Matç 2:1 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Məsimov bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 45 xalla üçüncü pillədə qərarlaşıb.
