20 mart 2016 13:30
Mirhüseyn Seyidov: Xəzər Lənkəran azarkeşlərinə həmişə hörmətim olub
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib.
"Lənkərana səfər hər komanda üçün çətin olur. Orada azarkeşlərin doğma komandalarına yaxşı dəstəyi olur. Etiraf edim ki, cənublu fanatlar hələ mən "Neftçi"d çıxış edərkən də xoşuma gəlirdilər. Məhz onların sayəsində oyunlar daha maraqlı alınırdı. Eşitdiyimə görə, indi də gənc futbolçuları dəstəkləyirlər, onları tək qoymurlar. "Xəzər Lənkəran" azarkeşlərinə həmişə hörmətim olub. Çünki onlar öz komandalarına inanırlar. Bizim üçün çətin olacaq. Amma Lənkərandan üç xalla qayıtmağa çalışacağıq".
