20 mart 2016 13:00

Tural Cəlilov: Daha ədalətli hakimlik görmək istərdim

"Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilovun azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyundan nə gözləyirsiniz?
- Hər oyuna ciddi hazırlaşırıq. "İnter"lə oyun da istisna deyil. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik.

- XL "İnter"ə nəyin sayəsində qalib gələ bilər?
- Heyətimizdə gənc futbolçular çoxdur. Onlar hər oyunda meydanda sonadək mübarizə aparırlar. Fikrimcə, meydanda tam gücümüzü qoysaq, istəkli oynasaq, üç xal qazana bilərik.

- Aparıcı futbolçularınızdan biri - Tural Qürbətov müqavilə ilə "İnter"ə məxsus olduğundan, qarşılıqlı razılıq əsasında bakılılara qarşı oynaya bilməyəcək. Bu, "Xəzər Lənkəran"ın oyununa təsir göstərə bilər?
- Qürbətov bizim üçün vacib oyunçudur. Amma bu vəziyyətdə heç nə edə bilmərik. Bizim üçün itkidir. Çalışacağıq ki, onsuz da yaxşı oynayaq.

- Klubda maliyyə vəziyyəti necədir?
- Hər şey normaldır.

- XL elitada qalmaq uğrunda mübarizə aparır və əsas rəqibiniz də "Rəvan"dır. Yəqin ki, onların son dövrlər məğlubiyyətlə üzləşmələri sizi sevindirir...
- "Rəvan"ın oyunları bizi maraqlandırmır. Bizim üçün vacib olan öz oyunumuzdur.

- XL bu mövsüm hakimlərdən çox şikayətlənir...
- Hakimlik barədə danışmaq istəmirəm. Amma daha ədalətli hakimlik görmək istəyərdim.

- Klubunuza məxsus olan Elnur Cəfərov İspaniyanın "Real Ovyedo" klubuna keçə bilər. Sizcə, o, İspaniya komandasına keçsə yaxşıdır, ya klubunuzda qalması?
- O, oynamağı arzuladığı istənilən komandaya keçə bilər. Biz də komanda olaraq Elnurun xarici klublardan birində öz sözünü deməsini arzulayırıq. Ümid edirəm ki, onun "Real Ovyedo"ya keçidi alınacaq.

- Berti Foqtsun dövründə milliyə dəvət alsanız da, son dövrlər sizə dəvət göndərilmir...
- Bəli, vaxtilə dəvət alırdım. Amma indi vəziyyət fərqlidir. Buna baxmayaraq, yenə dəvət almağımı istəyərdim.

- Millinin baş məşqçisi Robert Prosineçki mart ayındakı təlim-məşq toplanışına sizin klubdan heç kimi dəvət etməyib. O, klubunuza qarşı düzgün etməyib, ya doğrudan da "Xəzər Lənkəran"da milliyə layiq futbolçu yoxdur?
- Yığmada oynamağı hər futbolçu istəyir. Amma buna yığmanın məşqçilər korpusu qərar verir. "Xəzər Lənkəran"dan heç kim dəvət olunmayıbsa, deməli, futbolçularımız öz üzərində daha çox çalışmalıdırlar, əllərindən gələni etməlidirlər ki, onlara da dəvət göndərilsin. İnanıram ki, yaxın zamanda bizim klubun futbolçuları da millidə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.