20 mart 2016 12:00
Kamal Bayramov: Əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq
"Zirə"nin qapıçısı Kamal Bayramov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində keçiriləcək AZAL-la matç öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son turlarda AZAL-ın öz oyununu tapdığını demək olar. Tərlan Əhmədov yaxşı kollektiv yaradıb. Bizi çətin oyun gözləyir. Amma meydana qələbə üçün çıxacağıq. Avrokuboklarda oynaya bilməyəcəyimizi eşidəndə məyus oluram. Amma əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Ondan sonra hansı qərarı verəcəklər, görəcəyik".
