20 mart 2016 02:00
Tural Axundov: İki qoldan sonra bizdə arxayınlıq yarandı
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (3:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çox ağır oyun oldu. Birinci hissədə iki qol vurmağa nail olduq. Amma ondan sonra arxayınlıq yarandı. Nəticədə fasilədən sonra iki qol buraxdıq. Buna baxmayaraq, sonda qələbə qolunu vurduq. Penalti zərbəsini yerinə yetirərkən gərginlik çox idi. Şadam ki, həyəcanıma qalib gəlib, zərbəni dəqiq yerinə yetirə bildim".
