19 mart 2016 20:15
Vəli Qasımov: Bundan artığına gücümüz çatmadı
"Neftçi"nin baş məşqçisi əvəzi Vəli Qasımov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm. Biz ikinci hissəyə yaxşı başladıq, iki qol da vurduq. Amma bundan artığına gücümüz çatmadı. Ələ düşən qol şanslarından yaxşı yararlana bilmədik. Səhvlərə yol verdik, buna görə də uduzduq". (CBC)
