Roman Qriqorçuk Qarabağa məğlubiyyəti şərh etdi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqib özünü yaxşı tərəfdən göstərdi. "Qarabağ"la oyunda uğur qazanmaq üçün daha yaxşı oynamaq, bu qədər səhv buraxmamaq lazımdır. Düzdür, çox səhvə yol verdiyimizi deməzdim. Amma hər iki qolu məhz səhvlərdən sonra buraxdıq. Rəqib futbolçular qapımıza zərbə endirən zaman onlara heç kim mane olmadı. Səhvə yol verənlərin adını açıqlamaq istəmirəm. Sadəcə, bu cür səhvlərə yol verməyimiz çox məyus edir. Çünki bunun üzərində çox çalışmışdıq. Yüksək yerlər uğrunda mübarizə aparan komanda üçün bu qədər səhv buraxmaq yolverilməzdir". (CBC)
