19 mart 2016 16:00

Təmkin Xəlilzadə: Robert Prosineçkidən dəvət gözləmirdim

"Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qış fasiləsindən sonra inamlı təsir bağışlayan AZAL-la görüşdən nə gözləyirsiniz?
- Onlar üçüncü dövrədə doğrudan da çox yaxşı çıxış edirlər. Amma bütövlükdə götürsək, Premyer Liqada onsuz da zəif rəqib yoxdur. AZAL-la oyuna da üç xal qazanmaq üçün çıxacağıq. Çünki buna çox ehtiyacımız var.

- Cari mövsümdə özünüzü yaxşı tərəfdən göstərdiyinizi nəzərə alsaq, Robert Prosineçkidən dəvət gözləyirdiniz?
- Etiraf edim ki, yox. Prosineçkidən dəvət gözləmirdim. İstənilən halda milliyə dəvət almağa layiq olsaydım, çağırardılar. Qarşıdakı matçlarda özümü daha yaxşı tərəfdən göstərməyə çalışacağam. Zamanı gələndə, məni də yığmaya dəvət edəcəklərinə inanıram.

- "Zirə"nin avrokuboklara buraxılmayacağına dair ehtimalların çox olduğunu nəzərə alsaq, özünüzü oyunlara necə kökləyirsiniz?
- Bu məsələ ilə futbolçular yox, klub rəhbərliyi məşğul olur. Rəhbərlik də bizə deyib ki, bunu düşünməyin, öz işinizi görün. Əminəm ki, klub rəhbərliyi avrokuboklara buraxılmağımız üçün əlindən gələni edəcək. Bizə isə ancaq futbol oynamaq qalır.

- Son turda "Qəbələ" üzərində qələbəniz çox gözlənilməz oldu...
- Biz həmin oyuna çox yaxşı hazırlaşmışdıq. Kubokdakı 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik. Buna da nail olduq. Qələbə bizim ikinci pillədəki mövqeyimizi möhkəmləndirməyimizə kömək etdi.

- Bəs həmin darmadağından sonra özünüzü necə motivasiya etdiniz?
- Qəbələdə qalmağımız bizim xeyrimizə oldu. Kubok matçından sonra Bakıya qayıdıb, çempionat oyunu üçün yenidən oraya yollanmaq əlavə güc və vaxt itkisi olardı. Matçdan öncə məşqçilərimiz bizə bu rəqibə qalib gələcək gücdə olduğumuzu deyirdilər. Premyer Liqadakı əvvəlki iki oyundan birində onlara qalib gəlmişdik, digəri heç-heçə bitmişdi. Rəqibi yaxşı analiz etmişdik, zəif cəhətlərini bilirdik.

- "Zirə"nin Premyer Liqada daha uğurlu çıxış etmək naminə kuboku qurban verdiyi deyilir...
- Xeyr, elə bir şey yoxdur. Mümkün qədər irəli getmək istəyirdik. Gənc bir klub kimi mümkün qədər yaxşı nəticələrə imza atmaq istəyirik. Kubokda daha çox irəliləmək üçün gücümüz yetmədi.

- Çempionatda uğur qazanacağınıza inanırsınız?
- Bizim qarşımıza nəinki qızıl, heç gümüş medal qazanmaq hədəfi də qoyulmayıb. Hədəfimiz sadəcə, yaxşı kollektiv yaratmaqdır. Allaha şükürlər olsun ki, buna nail olduq. Bundan sonrası da öz əlimizdədir. Çempionluğa gəlincə, belə bir uğura imza ata biləriksə, niyə də olmasın?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.