Orsuliç: Xəzər Lənkəranın çıxışını izləyirəm, çox pis oynayırlar
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi, hazırda Kipr "Omoniya"sında çıxış edən Marin Orsuliç cənub klubu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"da nə baş verir? Komandanın çıxışını izləyirəm. Çox pis çıxış edirlər. Niyə yeni oyunçular almırlar? Transfer qadağası hələ götürülməyib? Bu komandanı turnir cədvəlinin alt pillələrində görmək məni məyus edir".
Orsuliç Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "ağ-yaşıllar"ın heyətində İsrail "Makkabi"sinə (Hayfa) 0:8 hesabıyla uduzduqları oyunu da yada salıb: "Makkabi" ilə matç karyeramın ən pis oyunudur. Həmin oyunu qəsdən uduzduğumuzu deyirdilər. Guya biz Con Toşakın komandadan getməsinə çalışırdıq. Amma bu, belə deyildi. Sadəcə, rəqibimiz güclü idi. Futbolda belə hallar olur. Bu oyun barədə nəinki danışmaq, hətta onu yada salmaq da ağırdır".
"Xəzər Lənkəran"da vəziyyət düzəlsə, klub məni heyətində görmək istəsə, oraya gəlməyə hazıram. Çünki bu klub həmişə mənim ürəyimdədir. Lənkəranlıları çox sevirəm. Hazırda komandamızda Georgi Floresku çıxış edir. Onunla Azərbaycan futbolu barədə çox söhbət edirik".
