19 mart 2016 12:30
Azərbaycan Niderlandda dəstəksiz qalmayacaq
Futzal üzrə Azərbaycan yığması dünya çempionatına vəsiqə qazanmaq üçün Niderlanda qarşı keçirəcəyi ilk pley-off matçında dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Almere şəhərindəki "Topsportsentrum"da keçiriləcək hollandlarla qarşılaşmada millimizi təxminən 40 azərbaycanlı azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, Niderland - Azərbaycan matçı martın 22-də keçiriləcək və saat 23:00-da start götürəcək.
