19 mart 2016 12:00
Xəzər Lənkəran İnterlə matça iki itki ilə çıxacaq
Mart ayının 20-də Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran" doğma meydanda paytaxtın “İnter” klubunu qonaq edəcək. Azerisport.az xəbər verir ki, bu matç saat 13:30-da start götürəcək.
Lənkərandakı bazasında matçın hazırlığını davam etdirən “Xəzər Lənkəran” rəqibi qarşısına iki ciddi itki ilə çıxacaq. Belə ki, 4 sarı vərəqə səbəbindən cəzalı duruma düşən Orxan Sadıqlı və müqavilə ilə “İnter”ə məxsus olan Tural Qürbətov qarşılıqlı anlaşma səbəbindən komandasına kömək edə bilməyəcək. (klub saytı)
