19 mart 2016 11:00
Samir Abasov: Onlara bu cür şəraitdə oynadıqlarına görə sağ ol deyirəm
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Hamınzı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sumqayıtlı azarkeşlər qələbə üçün darımxışdı. Uğursuz oyunlardan sonra bu, lazım idi. Rəqib futbolçulara bu cür şəraitdə oynadıqlarına görə "sağ ol" deyirəm. Bu gün yaxşı mübarizə apardılar".
