19 mart 2016 00:25
Tyaqo: Azərbaycan Niderlanda həm səfərdə, həm də evdə qalib gələcək
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Tyaqo millimizin dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirəcəyi pley-off oyunları ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının dünya çempionatındakı çıxışını izləmişəm. Komanda doğrudan da özünü yaxşı tərəfdən göstərə bildi. Belə çıxışdan sonra yığmadan hollandlarla görüşlərdə uğurlu nəticə gözləmək olar. Azərbaycan yığması Avropada ən yaxşılardan biri hesab olunur. Buna görə də mənə elə gəlir ki, Azərbaycan Niderlanda həm səfərdə, həm də evdə qalib gələcək. Komandaya uğurlar arzulayıram və inanıram ki, mundialın keçirildiyi Kolumbiyaya gedəcəklər".
