19 mart 2016 00:20
Elnur Abdullayev: Xəzər Lənkərana qarşı oynamağı çox istəyirdim
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçiriləcək oyunu buraxmaq ehtimalından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Keçmiş komandama qarşı oynamağı çox istərdim. Amma təəssüf ki, bu oyunda iştirak etmək şansım çox azdır. Çünki soyuqdəymədən əziyyət çəkdiyim üçün üç gündür məşqlərə qatılmıram. Hərarətim 39 dərəcədir. O qədər pisəm ki, yerimdən qalxa bilmirəm. Oyuna gəlincə, çətin görüş olacaq. "Xəzər Lənkəran" əvvəlki turlarla müqayisədə, son dövrlərdə yaxşı təsir bağışlayır".
