Neftçi yeni saytını istifadəyə verdi
"Neftçi”nin yeni rəsmi saytı əlamətdar gündə, klubun yaradılmasının 79-cu ildönümü günündə ictimaiyyətin istifadəsinə verilib. Azerisport.az xəbər verir ki, azarkeşlərin çoxsaylı müraciəti və təklifləri əsasında yaradılan yeni sayt təsis edilməsində bir sıra Avropa klubları təcrübəsindən istifadə olunub.
Sayt vasitəsilə klub haqqında bütün məlumatları əldə etmək olar. "Neftçi” PFK-nın rəsmi saytında əsas, əvəzedici və U-19 komandasının futbolçularının fərdi qaydada şəkilləri və haqqında məlumatlar yer alıb. Klub bölməsində "Neftçi” PFK-nın Müşahidə Şurası, icra orqanı, sponsorlar və təfərdaşlar haqqında ətraflı məlumatlar yerləşdirilib.
3 dildə fəaliyyət göstərən yeni rəsmi saytın "Tarix” bölməsində kluba rəhbərlik etmiş şəxslər və komandaın ötən illərdəki çıxışları yerləşdirilib. Simvolik olaraq 1 veteran futbolçunun karyerası haqqında məlumatlar olan "Veteranlar” bölməsinə azarkeşləri məlumatlandırmaq və maarifləndirmək məqsədilə hər həftə bir veteran futbolçu haqqında yazı əlavə olunacaq.
Azarkeşlər "Neftçi” PFK-nın inzibati binası, İsmət Qayıbov adına təlim-məşq bazası və komandanın ev oyunlarını keçirdiyi "Bakcell Arena” haqqında məlumatları "İnfrastruktur” bölməsində oxuya bilərlər.
"Akademiya” bölməsində "Neftçi” PFK-nın bütün yaş qrupu komandalarının məşqçi, futbolçu və inzibati heyəti barədə foto və məlumatlar yer alıb.
NeftçiKart, Stadium Tour, Könüllülər, Fan-şop, Biletlər və Wallpapers ilə maraqlanan azarkeşlər "MyNEFTÇİ” bölməsinə daxil ola bilərlər.
Klub haqqında xəbərləri izləmək istəyənlər üçün "Xəbərlər” bölməsi fəaliyyət göstərir. Bu bölmədə komandanın oyunları, məşqləri və keçirilən bütün digər tədbirlər haqqında yazılar yerləşdirilir.
"Neftçi” PFK-nın rəsmi Youtube kanalını izləmək istəyənlər üçün yeni saytda "Neftçi TV” bölməsi yaradılıb. Burada azarkeşlər komandanın oyunları, məşqləri haqqında hazırlanmış Promo və icmal xarakterli videoları izləyə bilərlər.
Yeni saytın "Fotoqalereya” bölməsində isə müxtəlif oyunlardan və tədbirlərdən yüksək keyfiyyətli fotolar yerləşdirilib.
Yeni rəsmi saytın "Ana səhifəsi”ndən klubun sosial şəbəkələrdəki rəsmi səhifələrinə keçid imkanı var. Səhifənin aşağıdan sağında yerləşən "Operator” pəncərəsinə daxil olmaqla klubla bağlı hər hansı sualı ünvanlaya bilərsiz.
Səhifənin aşağı hissəsində isə əsas komandanın oyunlarının təqvimi, turnir cədvəli, fan-şop, Neftçi TV, NeftçiKart kimi bölmələrə, eləcə də sponsorlar, tərəfdaşlar və beynəlxalq futbol qurumlarının rəsmi saytlarına sürətli keçid imkanı var.
Sayt geniş imkanlara malik platformada hazırlandığı üçün gələcəkdə hər hansı dəyişiklik və yeniliklərin edilməsi mümkündür. (klub saytı)
