18 mart 2016 19:40
Elbrus Məmmədov: İnterlə oyunda 3 xal qazanmaq istəyirik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada atmosfer yaxşıdır. Rəqib güclüdür. Amma buna baxmayaraq, hədəfimiz maksimum nəticəyə imza atmaq - qələbə qazanmaqdır. Üç xal qazanmaq istəyirik. Orxan Sadıqlı cəzalı olduğu üçün oyunu buraxmalı olacaq. Tural Qürbətov bizdə icarə əsasında çıxış etdiyindən, "İnter"ə qarşı oynaya bilməyəcək. Çünki müqavilə ilə bu kluba məxsusdur. Meydana onlarsız çıxmalı olacağıq".
