18 mart 2016 18:40
Taqim Novruzov: Mövsümü erkən başa vurmağım məni çox məyus etdi
AZAL-ın yarımmüdafiəçisi Taqim Novruzovun ağır zədə aldığını və mövsümü erkən başa vurduğunu xəbər vermişdik. Azerisport.az saytına açıqlama verən təcrübəli futbolçu buna belə münasibət bildirib:
"Təəssüf ki, artıq bu mövsüm meydana çıxa bilməyəcəyəm. Bu, məni çox məyus etdi. Məni əməliyyat gözləyir. Ümid edirəm ki, hər şey uğurlu alınacaq".
