18 mart 2016 16:40
Svanadze: XL-in elitada qalmaq uğrunda mübarizə aparması işimizi çətinləşdirir
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Amma biz buna hazırıq. Rəqib elitada qalmaq uğrunda mübarizə aparır. Onlara xallar lazımdır. Bu da təbii ki, bizim işimizi daha da çətinləşdirəcək. Amma hədəfimiz əvvəlki kimi qalır. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Buna görə Lənkəranda uğurlu çıxış etməliyik. Heyətdə itkilərimiz var. Amma oynamaq lazımdır".
