18 mart 2016 15:20
Niderlandın Azərbaycanla matç üçün yekun heyəti açıqlandı
Futzal üzrə Niderland yığmasının baş məşqçisi Marsel Lusveld dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirəcəkləri pley-off oyunları üçün yekun heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizlə görüşlərdə aşağıdakı oyunçulara güvənəcək:
Tevfik Ceyar, Mohammed Darri, Camal El-Qanuti, Manuel Kyuyk, Enns van Massbommel, Mohammed Attaibi, Amir Molkaray, Mats Velseber, Anes Besliya, Yoşua Sant-Yuste, Zakariya Amrani, Karim Mossaui, Səid Buzambu, Zaid El-Morabiti.
Qeyd edək ki, Niderland - Azərbaycan oyunu martın 22-də Almere şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
