18 mart 2016 15:00
"Azərbaycana qarşı daha yaxşı oynayacağımıza əminəm"
Futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusvild dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirəcəkləri ilk pley-off matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Macarıstana qarşı keçirdikləri yoxlama oyunundan (0:2) sonra bunları söyləyib:
"Mən bu həftə Macarıstana qarşı oynadığımız heyətə üstünlük verəcəyəm. Çünki bu, artıq formalaşmış heyətdir. Macarlara qalib gələ bilməsək də, çoxlu qol epizodu yaratdıq. Bu da Azərbaycanla oyun öncəsi yaxşı məqam kimi qeyd oluna bilər. Hətta mən Azərbaycana qarşı macarlarla görüşdəkindən daha yaxşı mübarizə aparacağımıza əminəm. Çünki son oyunumuz yoxlama xarakterli olsa da, Azərbaycanla görüşün statusu tam fərqlidir".
