18 mart 2016 14:20

Ansi Aqolli: Zirənin heç bir nəticəsi mənim üçün sürpriz deyil

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Sizi qarşıdakı çətin oyunda bir xal da qane edəcək, ya meydana ancaq qələbə üçün çıxacaqsınız?
- Bizim üçün ancaq qələbə vacibdir. Amma "Qəbələ"nin çox güclü heyəti var. Bizi çətin oyun gözləyir. İstənilən halda bu, həlledici bir qarşılaşma sayıla bilməz.

- "Qəbələ"nin sizdən öncə "Zirə"yə uduzması sürpriz olmadı?
- "Zirə"nin heç bir nəticəsi mənim üçün sürpriz deyil. Bu, faktdır. Kimsə "Zirə"ni aşağı diviziondan gəldiyinə görə zəif hesab edirsə, çox yanılır.

- Son turda "Qarabağ" "Sumqayıt"ı demək olar ki, problemsiz məğlub etdi...
- Maraqlı və vacib oyun idi. Qələbə qazanmağımız vacib idi. Şadam ki, buna nail olduq.

- "Sumqayıt"ı həm kubokdan uzaqlaşdırdınız, ardından da çempionatda qalib gəldiniz. Bu mövsüm Premyer Liqada bu komandaya qalib gələ bilmədiyinizi nəzərə alsaq, həmin uğursuzluğun revanşını aldığınızı demək olar?
- Revanş? Elə deyil. Hədəfimiz yarımfinala çıxmaq idi, buna nail olduq. Çempionatda da qalib gəlmək istəyirdik. Yəni hədəf nəyinsə qisasını almaq yox, sadəcə, uğur qazanmaq idi.

- Son oyunda İlqar Qurbanovu əvəzləyib, cəmi üç dəqiqə oynadınız. Niyə?
- Xüsusi bir səbəbi yoxdur. Baş məşqçi mənim matçın sonunda meydana çıxmağıma qərar verdi. Mən də 87-ci dəqiqədə Qurbanovu əvəzlədim. Baş məşqçidən həmişə şans gözləyirəm.

- Sizcə, "Qarabağ"ın çempionatda niyə layiqli rəqibi yoxdur?
- "Qarabağ" lider olsa da, hələ çempion olmayıb. Qarşıda çox oyun var. Hər şey ola bilər. Sadəcə, gözləmək lazımdır.

- Kubokun yarımfinalında "İnter"lə qarşılaşacaqsınız. "Qızıl dubl" etməyiniz mümkün olacaq?
- İndi bütün diqqətimiz Premyer Liqa oyunlarına yönəlib. Çünki "İnter"lə oyuna qədər bizim çox çətin görüşlərimiz olacaq. Kubok oyunlarına sonra köklənərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.