18 mart 2016 14:00
Şahin Diniyev: Neftçi ilə matçda xal itirmək istəmirik
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matça tam heyətlə hazırlaşırıq. Bu klubların qarşılaşmaları zamanı həmişə xüsusi ajiotaj və prinsipiallıq olub. Bizi keyfiyyətli oyun gözləyir. Uşaqlar üçün əlavə motivasiyaya ehtiyac yoxdur. Rəqibin heyətində sürətli orta və ön xətt oyunçuları var. Amma buna baxmayaraq, xal itirmək istəmirik. Proqnoz vermək çətindir. Hər iki komanda qələbə qazanmaq istəyir. Lakin biz uğur qazanıb, bakılılardan uzaqlaşmaq istəyirik".
