18 mart 2016 13:40
Mirabdulla Abbasov: Əsas heyətin üzvü olmaq istəyirəm
Azərbaycanlı futbolçu Mirabdulla Abbasov Latviyanın "Dauqava" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün açılış oyununda mən sonradan meydana çıxdım. "Metta"dan güclü idik. Amma bəzi epizodlarda bəxtimiz gətirmədi və sonda məğlubiyyətlə üzləşdik. Onlar sadəcə, ələ düşən qol şanslarından yaxşı yararlandılar. Baş məşqçinin etimadını qazanmaq üçün əlimdən gələni edirəm. Yaxın vaxtlarda əsas heyətin üzvü olmaq istəyirəm. Klubla müqaviləmizin müddəti iyunda başa çatacaq. Bu müddət ərzində sabit oynamaq istəyirəm".
