18 mart 2016 12:20
Media Komitəsinin növbəti iclası keçirildi
Bu gün AFFA-nın inzibati binasında AFFA-nın yanında Media Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş iclasda Media Komitəsinin idarə heyətinin üzvləri gələcək planlar, tətbiqi nəzərdə tutulan layihələr barədə danışıblar.
