18 mart 2016 12:00
Qalatasaray Bakıya gələsi olmadı
Azərbaycan çempionu "Qarabağ"la Türkiyənin "Qalatasaray" klubu arasında keçirilməsi nəzərdə yoldaşlıq görüşü baş tutmayacaq. Azerisport.az xəbər verir ki, qarşılaşmanın martın 29-da Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.
Amma İstanbul nəhəngi vaxt azlığını əsas gətirərək, Azərbaycana səfərdən imtina edib.
