18 mart 2016 00:10
Prosineçki izlədi, Qarabağ AFFA-ya qalib gəldi
Ötən gün "Qarabağ"ın bazasındakı meydanda Ağdam klubunun inzibati və məşqçi heyətindən ibarət komanda ilə və AFFA rəsmiləri arasında dostluq matçı baş tutub. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın heyəti əsasən məşqçilərdən formaşalmasına baxmayaraq matçdan sonra gülən tərəf onlar olub.
Qeyd edək ki, matçı izləyənlər arasında milli komandamızın baş məşqçisi Robert Prosineçki də olub.





