18 mart 2016 00:05

Topaz Premyer Liqasında 26-cı tur həyəcanı

Bu həftə Topaz Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun açılış günündə bir görüş baş tutacaq.

Öncə çempionatın aşkar autsayderi “Rəvan” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar son dövrlərdə demək olar ki, oxşar aqibətlə üzləşiblər. "Rəvan" öncə kubokda mübarizədən kənarlaşdıra bilmədiyi "İnter"ə çempionatda da uduzdusa, "Sumqayıt" da "Qarabağ"la duellərdə oxşar aqibətlə üzləşdi. Bu üzdən də hər iki komanda qarşıdakı oyuna uğursuz gedişata son qoymaq gözü ilə baxır. Tərəflərin əvvəlki 14 oyununda paytaxt təmsilçisinin üstünlüyü var. Bu komanda altı görüşdə qalib gəldiyi halda, sumqayıtlılar cəmi iki qələbəyə seviniblər. Daha altı qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqində də bakılılar üstündür - 19:15. Son 6 görüşdə sumqayıtlılar qalib gələ bilməyib. Ardıcıl 5 oyunda komandalar hərəyə 1 xal qazanıb. “Rəvan” bütün səfər oyunlarında qol vurub. Cari mövsüm baş tutan görüşlərə gəlincə, Bakıdakı oyun qolsuz bitdiyi halda, Sumqayıtdakı qarşılaşmada qapılara 6 qol vurulmuşdu - 3:3. Tərəflərin bu dəfəki duelinin necə bitəcəyi maraqla gözlənilir.

İkinci oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə lider "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olacaq. Turun mərkəzi oyununa maraq böyükdür. "Qəbələ" qalib gəlməklə çempionatdakı intriqanın daha da qızışmasına səbəb ola bilər. Əks halda "Qarabağ" qalib gəlməklə qızıl medalların taleyinə böyük ölçüdə aydınlıq gətirmiş olacaq. Bu komandalar indiyə qədər 30 dəfə üz-üzə gəliblər. Təbii ki, bu görüşlərin əksərində (13 matçda) "Qarabağ" qalib gəlib. 10 oyun heç-heçə bitdiyi halda, "Qəbələ" sadəcə, 7 qələbəyə sevinib. Top fərqi də ağdamlıların xeyrinədir - 40:28. 31-ci görüşə çıxacaq komandaların son 3 görüşündə qalib müəyyənləşməyib. Cari mövsümə təsadüf edən görüşlərə gəlincə, Qəbələdə 2:2, Bakıda 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qarabağ” 5 matçdır bu rəqibinə qalib gələ bilmir. “Qəbələ” isə son 7 ev matçında yalnız 1 qələbə qazanıb.

Günün digər matçında çempionatımızın qocaman kollektivləri - "Neftçi" ilə "Kəpəz" üz-üzə gələcək. Bu komandalar Premyer Liqa çərçivəsində 42-ci oyuna çıxacaqlar. Əvvəlki 41 oyundan 19-da bakılılar, 15-də gəncəlilər qalib gəliblər. Yalnız 7 oyunda heç-heçə qeydə alınıb. Paytaxt klubu 9 matçdır rəqibinə uduzmur. “Kəpəz” son qələbəsini 11 il əvvəl qazanıb. Cari mövsümə təsadüf edən son 2 matçda da qalib müəyyənləşməyib - Bakıdakı görüşdə hesab açılmayıbsa, Gəncədəki qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. İndiyəqədərki oyunlarda top fərqi də "Neftçi"nin xeyrinədir - 63:37. Amma hazırda paytaxt klubunun heç də yaxşı günlər yaşamadığını nəzərə alsaq, "Kəpəz"i bu dəfəki qarşılaşmanın favoriti saymaq olar. Hər halda prinsipial rəqiblərin duelinin maraqlı idman mübarizəsi şəraitində keçəcəyi şübhəsizdir.

Son oyun günündə də iki qarşılaşma keçiriləcək. Öncə "İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Bu, tərəflərin 35-ci dueli olacaq. Əvvəlki oyunların 13-də paytaxt klubu qalib gəlib, 15-də heç-heçə qeydə alınıb. Cənublular sadəcə, 6 qarşılaşmada 3 xalı bayram ediblər. Top fərqində də bakılılar öndədir - 39:29. Rəqiblərin son 3 matçında eyni - 2:0 hesabı qeydə alınıb. Bu üç matçda meydan sahibi olan komanda qalib gəlib. “Xəzər Lənkəran” son 5 matçda 1 dəfə qalib gəlib. Çətin günlərini yaşan cənub təmsilçisi ilə müqayisədə "İnter" indi daha inamlı təsir bağışlayır. Amma bir müddət öncə "Neftçi"yə Lənkəranda qalib gələn "ağ-yaşıllar" eyni aqibəti "İnter"ə də yaşada bilərlər.

Nəhayət, turun qapanış matçında lider "Qarabağ"ın əsas izləyicisi "Zirə" doğma meydanda AZAL-la qarşılaşacaq. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər iki duelinin taleyini 1 qol həll edib. Hər iki matçda meydan sahibi 1:0 hesabı ilə qalib gəlib. Bu dəfə necə olacağı maraqla gözlənilir.

Topaz Premyer Liqası
26-cı tur

18 mart (cümə)

21:00. “Rəvan” - “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bayıl Arena".

19 mart (şənbə)

15:00. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.

18:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. "Bakcell Arena".

20 mart (bazar)

13:30. “Xəzər Lənkəran” - “İnter”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

15:30. “Zirə” - AZAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zirə İdman Kompleksinin stadionu.

1Qarabağ25166340-1554
2Zirə25138429-1847
3Qəbələ25118630-1941
4İnter25118625-1741
5Kəpəz25109630-2139
6AZAL25961015-2233
7Neftçi2588924-2732
8Sumqayıt254101125-3522
9Xəzər Lənkəran25351710-3314
10Rəvan25281516-378

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
10
- Nelson Bonilya ("Zirə").
8 - Riçard Almeyda ("Qarabağ"), Dani Kintana ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ").
6 - Amil Yunanov ("Sumqayıt"), Samuel Armenteros ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.