17 mart 2016 19:00
Saşa Yunisoğlu: Nəhayət, bu il ilk qələbəmizi qazanmaq istəyirik
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Üç xal qazanmağımız lazımdır. Bizim üçün hər bir oyun çətindir. Rəqibin kimliyindən asılı olmayaraq, turnir vəziyyətimizi yaxşılaşdırmaq üçün hər matçda qələbə üçün mübarizə aparmalıyıq. Meydana qələbə üçün çıxacağıq. Ən azı bir-iki pillə irəliləmək istəyirik. Maliyyə baxımından vəziyyət yaxşı olmasa da, öz gələcəyimiz üçün oynayırıq. Motivasiyamız da kifayət qədərdir. Bu il nəhayət çempionatda da qələbə qazanmaq istəyirik".
