17 mart 2016 18:40
Bədavi Hüseynov: Yığmamız Qazaxıstana qalib gələ bilər
Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov Qazaxıstan və Kanadaya qarşı keçiriləcək yoxlama oyunları ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmanın hər bir oyunu böyük əhəmiyyət daşıyır. Nə qədər çox oynasaq, bir o qədər böyük təcrübə toplamış olarıq. Bunlar hamısı rəsmi oyunlarda köməyimizə çatacaq. Türkiyədə qısa toplanışımız və Qazaxıstanla yoxlama oyunu olacaq. Fikrimcə, biz bu komandaya qalib gələ bilərik. Kanadaya gəlincə, bu komanda barədə heç nə bilmirəm. Belə bir rəqibə qarşı oynamaq maraqlı olacaq".
