17 mart 2016 18:20
Bəhmən Həsənov: Hər dəfə meydana qələbə üçün çıxacağımızı deyirəm, amma uduzuruq
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıdakı oyundan qələbə gözləyirəm. Rəqibimiz yaxşı komandadır. Güclü hücum xəttinə malik komandadır. Qış fasiləsində bizim heyətimiz zəiflədisə, onlarda əksinə, gücləndi. Bütün bunlara baxmayaraq, onların da nəticələri bizimki kimi pisdir. Hər oyundan öncə meydana qələbə üçün çıxacağımızı deyirəm, amma hər dəfə də uduzuruq. Amma bu dəfə öz oyunumuzu göstərməyə və qələbə qazanmağa çalışacağıq. Bizim xalımızdan yenə çıxmasalar, Premyer Liqada qalacağımıza inanıram".
