17 mart 2016 16:45
Millimiz Çernoqoriyaya ikinci oyunda məğlub oldu
Çernoqoriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Çernoqoriyanın U-19 yığması ilə qarşılaşan futbolçularımız 1:2 hesabı ilə məğlub olublar.
Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk matçda yığmamız 3:2 hesabıyla qalib gəlmişdi.
